"Mançester Siti"nin türk əsilli alman futbolçusu İlkay Gündoğan müasir cəmiyyətdən narazıdır.

Rekord.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi "Daily Mail"ə açıqlamasında danışıb. O deyib:

“Cəmiyyət bir az yanlış istiqamətdə gedir. İnsanlar yaxşı insan olub-olmadığını qiymətləndirmir. Sosial media bunun böyük bir hissəsidir. İndi sizə orada paylaşım edən oğlanın dürüst fikrindən daha çox şəkli və kimin  şərh yazacağı vacibdir. Mən həmişə bunu düşünürəm. Təkəbbür göstərməyin. Realist və təvazökar olun".

Qeyd edək ki, İkay 2016-cı ildən "ançester Siti"də oynayır.