“Liverpul” İngiltərə Premyer Liqasının 2-ci turunda “Çelsi”yə 2:0 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu oyunda Mersisayd klubunun yeni transferi Tyaqo Alkantara rekorda imza atıb.

“Liverpul”un heyətində debüt edən və oyuna sonradan daxil olan yarımmüdafiəçi, 45 dəqiqə ərzində 75 ötürmə verib. Bu, Premyer Liqa tarixində rekord göstəricidir. İndiyədək heç bir futbolçu 45 dəqiqə ərzində belə performans göstərməyib.

Bundan başqa, Alkantaranın bir hissədəki nəticəsi “Çelsi”nin hansısa futbolçusunun oyun ərzində etdiyi ötürmələrdən çoxdur. London klubunun oyun ərzində ən yaxşı göstəricisi 58 ötürmə ilə Mateo Kovaçiçə aiddir.

Alkantara bir neçə gün əvvəl “Bavariya”dan “Liverpul”a transfer olunub.