İlk finalçı müəyyənləşdi
- 20:30
- 29
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarımfinalda "Ordu" klubu ilə qarşılaşan "Sabah" 83:66 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək. Görüş bu gün saat 21:00-da başlayacaq.
Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək.