
İki komandaya texniki məğlubiyyət verildi
- 17:15
- 34
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı bəzi qərarlar qəbul olunub:
U-15 Liqasının “Sumqayıt” FK - “Turan Tovuz” FK oyununda “Sumqayıt”ın futbolçusu Elcan Quliyev qarşılaşmanın 61-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-14 Liqasının “Viktoriya” (Zaqatala) – “Alfa” (Zaqatala) oyunu bitdikdən sonra “Alfa”nın heyətində adı protokolda olmayan oyunçu aşkarlandığı üçün sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında keçirilməli olan “Balxurma” - “Zaqatala” PFK oyunu “Balxurma”nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Balxurma”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.