AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:


Gənclər Liqasının “Şamaxı” FK - “Kəpəz” PFK oyununda “Kəpəz”in futbolçusu Amur Yusifov qarşılaşmanın 45-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.


Gənclər Liqasının “Zirə” PFK - “Turan Tovuz” FK oyununda “Zirə”nin heyətində adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-17 Liqasının “Kəpəz” PFK - “Səbail” PFK oyununda “Kəpəz”in futbolçusu Sabir Zeynalov qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.


U-16 Liqasının “Neftçi” PFK - “Zirə” PFK oyununda “Neftçi”nin futbolçusu Altun Xancanlı qarşılaşmanın 66-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.


U-14 Liqasının “Neftçi” İK İB - “Metak” FK oyununda “Metak”ın baş məşqçisi Vüqar Asəliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.


U-15 Liqasının “Şamaxı” FK – “Metak” FK oyununda “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovla bağlı məsələyə AFFA Apellyasiya Arbitraj Tribunalının 21 may tarixli qərarına əsasən yenidən baxılıb və qərara alınıb:


Vüqar Süleymanov meydana daxil olaraq “Metak”ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib.


U-17 Qızlar Liqasının “Şəfa” FK – “Marxal” (Şəki)  oyunu “Marxal”ın oyuna gəlməməsi səbəbindən baş tutmadığına görə “Marxal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.