İdmançılarımız İslamiadanın açılış mərasimində iştirak ediblər
- 07 Noy 2025 23:00
- 30
Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, açılış mərasimində komandaların paradında Azərbaycan idmançıları meydana birinci sırada daxil olublar.
Azərbaycan bayrağını voleybolçumuz Nilufər Ağazadə və ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli aparıblar.