Biləsuvar Rayon Gənclər və İdman İdarəsində maraqlı görüş keçirilib.

Rekord.az xəbər verir ki, idarənin rəisi Azad Quliyev "Qızlara ağ yaraşır" kampaniyası çərçivəsində cüdo bölməsinə qoşulan Elif Lətifova və Dəniz Lətiflini qəbul edib.

İdarə rəisi qızları təbrik edərək, onlara Cüdo Federasiyasının hədiyyələrini təqdim edib.