"Milan"ın futbolçusu Zlatan İbrahimoviç koronavirusa yoluxduğu üçün karantində qaldığı vaxtı xatırlayıb.

Rekord.az A.S.-yə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu xəstəliyin psixoloji cəhətdən onun üçün çətin olduğunu deyib:

"Koronavirus hamıya zərər vurdu. Bu, böyük bir faciədir. Əvvəlcə başım ağrıyırdı. Amma elə də bezdirici deyildi. Sonra dadbilmə və iybilmə hissimi itirdim. Karantində qalanda bütün gün evdə idim. Çölə çıxa bilmədiyim üçün əsəbləşirdim. İş o yerə çatmışdı ki, ev ilə danışırdım. Divarlara ad verirdim. Bu, psixoloji problemə çevrildi. Özünüzə baxıb, içinizdə olan bütün pis şeyləri, hətta olmayanları xatırlayırsınız".

Qeyd edək ki, sentyabrın 24-də koronavirusa yoluxduğu aşkarlanan isveçli oyunçunun oktyabrın 9-da sağaldığı məlum olmuşdu.