"Milan"ın futbolçusu Zlatan İbrahimoviç növbəti mövsüm də İtaliya klubunda oynaya bilər.

Rekord.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun agenti Mino Riola artıq A seriyası təmsilçisinin nümayəndələri ilə yeni müqavilə ilə bağlı danışıqlar aparmağa hazırlaşır.

Qeyd edək ki, "Milan" İbrahimoviçlə bu yay 2021-ci ilin iyununa kimi müqavilə imzalayıb.