"Milan" Zlatan İbrahimoviçlə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, isveçli hücumçunun cari mövsümün sonunda başa çatacaq sözləşməsinin müddəti daha 1 il uzadılıb.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi bildirilib.

Zlatan İbrahimoviç cari mövsüm A Seriyasında meydana çıxdığı 16 oyunda 15 qol vurub.