Zlatan İbrahimoviçin məsələsinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, “Milan” rəhbərliyi yaxın günlərdə təcrübəli futbolçu ilə müqavilənin yeniləndiyini rəsmən açıqlayacaq.

“Sky Sport Italia”nın yaydığı xəbərdə 40 yaşlı hücumçunun yeni sözləşməsinin müddətinin 2023-cü il iyunun 30-na qədər nəzərdə tutulduğu bildirilib. Məlumata görə, isveçli futbolçunun maaşı bonuslarla birlikdə 1,15 milyon avro olacaq.

Diz bağlarından əməliyyat olunan İbrahimoviç 6 ay meydana çıxa bilməyəcək. Onun illik məvacibinin bu qədər aşağı olması məhz ilin sonuna qədər “qırmızı-qaralar”a kömək edə bilməyəcəyi ilə bağlıdı.