
I Liqaya yüksələn bölgə klubunda maliyyə sıxıntısı?
- 13:00
- 157
Ötən mövsüm II Liqada çempion olaraq I Liqaya vəsiqə qazanan "Şahdağ Qusar"da maliyyə sıxıntısının olmasına dair saytımıza məlumat daxil olub.
Rekord.az xəbər verir ki, rəhbərlik sanki komandanı I Liqaya yüksəlməsi ilə missiyasını bitmiş hesab edir.
Hazırda isə gözlərini daha çox AFFA-dan gələcək 250 min manata dikiblər və hələ ki, şəxsi büdcələrindən pul xərcləmək istəmirlər. Bu səbəbdən də komandanın yay hazırlıa planı hələ ki, məlum deyil, yeni transferlər də yoxdur.