Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında I Liqa yarışları start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan yarışın ilk günündə üç oyun keçirilib.

I Liqanın açılış matçında “Dinamo” “Queens” komandası ilə qarşılaşıb. Ardınca “Qarabağ” “Lokomotiv”i,  “Ryuqa” “Murov-2”ni sınağa çəkib. Günün qalibləri “Dinamo”, “Qarabağ” və  “Murov-2” komandaları olublar.

 Qeyd edək ki, birincilikdə 16 klub - “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, “Şəki”, “Sumqayıt”, “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Qusar” komandaları çıxış edir.

A qrupu: - “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, “Şəki”, “Sumqayıt”
B qrupu:  “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Qusar” 

Reqlamentə əsasən komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparır. Ardınca pley-off mərhələsi keçiriləcək. 

Azərbaycan çempionatı 
I Liqa (qadınlar)
   “Dinamo” - “Queens”   2:0
   “Qarabağ” - “Lokomotiv” 2:0
   “Ryuqa” - “Murov-2” 0:2