Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatı 2022/2023 illər mövsümü üzrə I Liqa start götürüb. "Rekord.az" xəbər verir ki, “Murov” voleybol klubunun idman zallarında təşkil olunan birinciliyin ilk günündə təsnifat mərhələsinin beş oyunu keçirilib - “Fuar” - RSC, 7№ İOEUGİM - “Azəri-2”,  “Azəri-1” - “Aura”,  “Azəri -44” - “Sumqayıt”, “Kapitalist” - Xətai “Şahinlər”. 

Beləliklə, günün qalibləri olan RSC, Xətai “Şahinlər”, 7№ İOEUGİM, “Azəri-1”  və “Azəri-44” komandaları növbəti mərhələyə yüksəliblər. Bu gün təsnifat mərhələsində keçirilməsi nəzərdə tutulan yalnız bir oyun baş tutmayıb. Təxirə salınan “Şəki” - “Delta” matçı yanvar ayında təşkil olunacaq. 

Reqlamentə əsasən I Liqa yarışlarında iştirak edən yeni komandalar təsnifat mərhələsindən mübarizəyə başlayıb və qaliblər növbəti mərhələyə yüksəlib. Burada komandalar 2 qrupda, 2 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.

Növbəti mərhələyə vəsiqə qazanan komandalar: RSC, Xətai “Şahinlər”, 7№ İOEUGİM, “Azəri-1”  və “Azəri-44” 

Əsas mərhələdə birbaşa yarışacaq komandalar:
   A qrupu: “Hərbi İnstitut”, Murov-2”, “Ekspress”, “Xarı bülbül”,
   B qrupu: “Təhsil”, “Ryuqa”, “Masallı”, “Kontakt”

Azərbaycan çempionatı
I Liqa (kişilər)
25 dekabr
Təsnifat mərhələsi
   “Fuar” - RSC (0:3)
   7№ İOEUGİM - “Azəri-2”  (3:0)
   “Azəri-1” - “Aura” (3:0)
   “Azəri -44” - “Sumqayıt” (3:0)
   “Kapitalist” - Xətai “Şahinlər” (1:3)