Voleybol üzrə ölkə çempionatında qadın və kişilər arasında I liqalarda növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, qadınların mübarizəsində 4, kişilərin yarışında isə 8 görüş təşkil edilib.

Qadınların I Liqasının oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Kişilər isə  "Murov" voleybol klubunun idman zalında meydana çıxıblar.

Qeyd edək ki, komandalar bir dövrə mübarizə aparacaqlar. Qalib pley-off mərhələsində müəyyən olunacaq.

I Liqa (qadınlar)

   “Abşeron-2” - “Xarı bülbül” 0:2
   “Queens” - “Xarı bülbül” 0:2
   “Sumqayıt” - “Xəzri” 0:2
   “Murov-2” - “İlkin” 2:0


I Liqa (kişilər)
A qrupu (II zal)


   “Xarı bülbül” - “Murov-2” 3:1
   "7№ İOEUGİM" - “Azəri-44” 3:0
   "RSC" - “Hərbi İnstitut” 1:3
   “Ekspress” - “Sumqayıt” 3:0
B qrupu (I zal)

   “Kontakt” - “Kapitalist” 1:3
   “Delta” - “Təhsil” 0:3
   “Masallı” - “Ryuqa Loko” 3:1
   “Azəri-1” - “Şahinlər” 3:1