Voleybolçu kişilər arasında I Liqa yarışlarında yeni mövsümün başlanacağı tarix bəlli olub. "Rekord.az" xəbər verir ki, birincilikdə ilk qarşılaşmalar dekabrın 25-də start götürəcək.

I Liqada ilk olaraq təsnifat oyunları keçiriləcək. “Murov” voleybol klubunun idman zallarında təşkil olunacaq yarış çərçivəsində həmin gün 6 oyun baş tutacaq.

Qeyd edək ki, 2022/2023 illər mövsümündə I Liqada 20 komanda çıxış edəcək. 12 komanda bu il ilk dəfə ölkə birinciliyində mübarizə aparacaq. Reqlamentə əsasən I Liqa yarışlarında iştirak edəcək yeni komandalar təsnifat mərhələsindən mübarizəyə başlayacaq və qaliblər növbəti mərhələyə yüksələcək. Burada komandalar 2 qrupda, 2 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.

 

I Liqa (kişilər)

Oyun cədvəli

Təsnifat mərhələsi

25 dekabr

   11:00 “Fuar” - RSC (1-ci zal)

   11:00 “Şəki” - “Delta” (2-ci zal)

   12:30 7№ İOEUGİM - “Azəri-2” (1-ci zal)

   12:30 “Azəri-1” - “Aura” (2-ci zal)

   14:00 “Azəri -44” - “Sumqayıt” (1-ci zal)

   14:00 “Kapitalist” - Xətai “Şahinlər”