Son mövsümü I Liqada keçirən "Sportunq Baku"da yaxın günlərdə ciddi proseslərin şahidi olacayıq.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik növbəti mövsüm üçün iddialı komanda formalaşdırmağı düşünür.

Baş məşqçi Elman Sultanovla 2030-cu ilə kimi müqavilə imzalanıb. Əldə etdiyimiz başqa bir məlumata görə, iyunun 30-da klubdaxili iclas keçiriləcək. Həmin iclasda yeni transferlərin də adlarının açıqlanacağı gözlənilir. Eyni zamanda yeni mövsümün planları da məlum olacaq.