Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Polşa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verri ki, hücumçumuzun formasını geyindiyi "Radomka" 18-ci turda "Roleski Grupa Azoty" klubunun qonağı olub. 

Qarşılaşmaya meydan sahibləri daha yaxşı başlayıblar önə keçiblər. Lakin voleybolçumuzun komandası bundan sonra təşəbbüsü ələ alıb və ümumi hesabı 2:1 edib. Növəti seti aktivinə yazan rəqib hesaba tarazlıq gətirib. Tay-brekdə isə Rita və rəfiqələri daha dəqiq oynayıblar və yekunda 3:2 (14:25, 25:22, 25:13, 15:25, 15:12) hesablı qələbəni bayram ediblər. 

Komandasının gərgin mübarizədən qalib ayrıldığı görüşdə yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Stepanenko meydanda olduğu müddətdə iki dəfə hücumda fərqlənib. 

Qeyd edək ki, bu qələbədən sonra "Radomka" xallarının sayını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.