Türkiyədə qadın voleybolçuların çempiontında növbəti tura yekun vurulub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın formasını geyindiyi "Kuzeyboru" 6-cı tur çərçivəsində "Sigorta shop" klubunu qəbul edib.

Görüş gərgin başlayıb. Rəqibin ciddi müqaviməti ilə üzləşən hücumçumuzun komandası ilk seti qalib başa vura bilib. Eyni gərginlikdə keçən növbəti hissədə isə qonaqlar sevinən tərəf olublar. Bundan sonra Polina və rəfiqələri təşəbbüsü ələ alaraq ardıcıl iki seti öz xeyirlərinə başa vurublar. Bununla da 4 hissə davam edən matçda meydan sahibləri 3:1 (27:25, 29:31, 25:21, 25:19) hesaı ilə qələbə qazanıblar.

"Kuzeyboru"nun hesabına növbəti xalları yazdırdığı görüşdə milli voleybolçumuz 15 xal qazanıb. Rəhimova qonaqları 12 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib.