Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj" 3-cü turda "CSM Bucuresti" klubunu qəbul edib.

Görüş Liza və rəfiqələrinin üstünlüyü ilə keçib. İlk setdə qonaqların ciddi müqavimıəti ilə qarşılaşan "CSM Lugoj" hissəni qalib başa vura bilib. Bundan sonra rəqibə heç bir şans verməyən voleybolçumuzun komandası meydandan quru hesablı qələbə ilə ayrılıb - 3:0 (25:23, 25:11, 25:16).

Komandasının 3 xal qazandığı görüşdə yığmamızın üzvü 19 dəfə fərqlənməklə qarşılaşmanın ən yaxşı oyunçusu olub. Ruban bu xallardan 14-nü hücumda, 4-nü eyslə, 1-ni isə blokda qazanıb.