Macarıstanda voleybolçu qadınların birinciliyində pley-off mərhələsin start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Marqarita Stepanenko bu etapa qələbə ilə başlayıb. 

Hücumçumuzun formasını geyindiyi "Bekescsaba" 1/4 finalda "UTE" klubu ilə qarşılaşır. 

İlk görüş voleyboçumuzun komandasının üstünlüyü ilə keçib. Rita və rəfiqələri 3 set davam etmiş görüşdə rəqibə heç bir şans verməyiblər və 3:0 (25:20, 26:24, 25:12) hesabı ilə qələbə qazanıblar. 

Komandasının bu etapda üstünlük əldə etdiyi matçda yığmamızın üzvü 16 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko rəqibi 13 dəfə hücumda, 3 dəfə isə blokda məyus edib.

Qeyd edək ki, bu mərhələdə 3 qələbə qazanacaq komanda adını yarımfinala yazdıracaq.