Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenkonun komandası Polşa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" 17-ci turda "Developres" klubunu qəbul edib.

Görüş voleybolçumuzun komandası üçün yaxşı başlamayıb. İlk setdə uduzan "Radomka" sonradan ümumi hesabı bərabərləşdirib. Lakin bu, meydan sahiblərinin qazandığı yeganə hissə olub. 4 set davam edən matçda Rita və rəfiqələri 1:3 (15:25, 25:20, 28:30, 19:25) hesabı ilə məğlub olublar.

Komandasının xalsız qaldığı qarşılaşmada millimizin üzvü meydana çıxmayıb.