Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj" 16-cı turda "CSM Stiinta Bacau" klubu ilə üz-üzə gəlib. 

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. 2 set davam edən matça meydan sahiblərinə heç bir şans verməyən Liza və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:20, 25:19, 25:23).

"CSM Lugoj"un çətinlik çəkmədiyi oyunda millimizin üzvü 21 dəfə fərqlənməklə qarşılaşmanın ən yaxşı voleybolçusu olub. Ruban bu xallardan 16-nı hücumda, 3-nü eyslə, 2-ni isə blokda qazanıb.

Qeyd edək ki, bu qələbə xallarının sayını 34-ə çatdıran "CSM Lugoj" 4-cü pillədəki yerini qoruyub.