XXXI Ümumdünya Yay Universiadasında mübarizə aparan tələbə oğlanlardan ibarət millimiz qrupda iki oyun keçirib. "Rekord.az" xəbər verir ki, komandamız hər iki görüşdə məğlub olub. Yığmamızın hücumçusu Cavid Əzimov bu qarşılaşmalar haqqında fikirlərini bölüşüb:

"Universiadada iki oyun keçirmişik. İlk rəqibimiz Ukrayna oldu, ardınca Yaponiya yığması ilə qarşılaşdıq. Təəssüf ki, hər iki oyunda məğlub olduq. Bu, əlbəttə bizə pis təsir edir. Lakin biz əhvalımızı yüksək tutmağa çalışırıq. Çünki rəqiblərimiz kifayət qədər güclüdür. Rəqib voleybolçular dünyanın müxtəlif ölkələrinin çempionatlarında çıxış edirlər. Bu bizim üçün böyük təcrübədir. Eyni zaman qarşıda daha bir qrup oyunumuz var. Meydan sahibi Çin komandası ilə qarşılaşacağıq. Rəqib hazırda qrup lideridir. Həmin görüş də çətin keçəcək. Bununla belə, biz daha da əzmlə oynamağa çalışacağıq".