Voleybolçu qadınlar arasına MEVZA kubokunda növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər veir ki, Azərbaycan millisinin hücumçusu Marqarita Stepoanenkonun şərəfini qoruduğu Macarıstanın "Bekescsaba" klubu 2-ci etapda Sloveniyanın "Novo Branik Maribor" kollektivini qəbul edib. 

Görüş qonaqların üstünlüyü ilə başlayıb və ilk seti Sloveniya təmsilçisi aktivinə yazdırıb. Lakin sonradan meydan sahibləri təşəbbüsü ələ ala biliblər. Ardıcıl 3 hissə qalib gələn "Bekescsaba" meydandan 3:1 (20:25, 25:9, 25:16, 25:21) hesablı qələbə ilə ayrılıb. 

Komandasının növbəti qələbəsini qazandığı matçda yığmamızın üzvü 30 dəfə fərqlənib. O, bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko bu xallardan 22-ni hücumda, 8-ni isə blokda qazanıb.