Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Macarıstan kubokunda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Bekescsaba" klubu adını yarımfinala yazdırıb. 

1/4 finalda "Szent Benedekt" ilə qarşılaşan voleybolçumuzun komandası ilk görüşdə 2:3 hesabı məğlub olmuşdu. Cavab matçında növbəti mərhələ üçün quru hesablı qələbə qazanmalı olan "Bekescsaba" bu tapşırığın öhdəsindən gələ bilib. Doğma meydanda baş tutan oyunda Rita və rəfiqələri 3: (25:19, 25:12, 25:16) hesabı ilə qalib gəliblər və yarımfinala yüksəliblər. 

Komandasının mərhələ adladığı qarşılaşmada yığmamızın üzvü 10 xal qazanmaqla oyunun ən yaxşılarından olub. Stepanenko qonaqları 8 dəfə hücumda, 2 dəfə isə blokda məyus edib.