Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Nikolina Boşnakova Macarıstan çempionatında növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Szent Benedek" 4-cü turda "KNRC" klubu ilə üz-üzə gəlib.

İlk üç seti gərgin alınan oyunda voleybolçumuzun komandası 2:1 hesabı ilə önə keçib. Bundan sonra təşəbbüsü əldən verməyən "Szent Benedek" matçdan 3:1 (25:23, 23:25, 25:23, 25:18) hesablı qələbə ilə ayrılıb.

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin üzvü 13 dəfə fərqlənib. Boşnakova bu xallardan 12-ni hücumda, 1-ni isə blokda qazanıb.