Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj" 5-ci turda "CS Dinamo Bucuresti" klubunun qonağı olub. 

Görüş kifayət qədər gərgin keçib. Hərəyə iki set qazanan tərəflər matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissə isə voleybolçumuzun komandası daha dəqiq oynayıb və  
3:2 (31:29, 18:25, 15:25, 25:15, 15:12) hesablı qələbəni bayram edib.

"CSM Lugoj"un növbəti xallarını qazandığı görüşdə yığmamızın üzvü 24 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Ruban bu xallardan 22-ni hücumda, 20-ni isə eyslə qazanıb.