Heydər Əliyev Kubokuna yekun vuruldu
- 18:30
- 35
Azərbaycan Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.
Rekord.az xəbər verir ki, turnirin sonuncu günündə 18-22, 23-45,46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi "Gigant Slalom" növü üzrə mübarizə aparıblar.
Turnirin nəticələrinə əsasən qadınların 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1-ci, rusiyalı xizəkçi Kristina Stepanova 2-ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızade 1-ci, Arif Aşurbəyov 2-ci, Ferid Eliyev isə 3-cü yerə sahib olublar.
23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensova bölüşüblər.
Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemet Bağisov 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olub.
Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci, Turan Tağizade 2-ci, kişilər arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəşad Sultan 3-cü yerdə qərarlaşıb.
57+ kişilərin yaş kateqoriyasında Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2-ci, Fizuddin Hüseynov 3-cü pillədə yer alıblar.
Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.