Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 08 fevral 2023-cü il tarixində 246 №-li məktəb-liseydə “Heydər Əliyev İli”nə həsr olunmuş voleybol(qızlar) turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirinin nəticəsinə əsasən 1-ci yeri 246 №-li məktəb-liseyin komandası , 2-ci yeri 276 №-li tam orta məktəbin komandası, 3-cü yeri 83 №-li məktəb-liseyin komandası tutub.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, 246 №-li məktəb-liseyin direktoru Elmar Həşimov və 276 №-li tam orta məktəbin direktoru Bəhram Şiriyev iştirak edib.