Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib. "Rekrod.az" xəbər verir ki, CEV-in təyinatına əsasən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatında iştirak edəcək. O, millimizin də yer aldığı və Almaniyanın ev sahibliyi etdiyi C qrupunun qarşılaşmalarında supervayzer kimi meydana çıxacaq.

Qeyd edək ki, yığmamız C qrupunda mübarizə aparır. Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, İsveç və Yunanıstan kollektivləridir.