Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.

Təcrübəli referimiz 1/4 final mərhələsi çərçivəsində martın 15-də keçiriləcək Türkiyənin "Vakifbank" və İtaliyanın "Vero Volley" klublarının matçını idarə edəcək. İstanbulun “Vakifbank Sport Salonu”unda təşkil olunacaq görüşdə Zülfüqarov ikinci hakim olacaq. Qarşılaşmanın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Jankovic yerinə yetirəcək.