Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, CEV Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasının bir matçına təyinat alıb.

İsmayılova B qrupunda yer alan Ukraynanın "Prometey" və Rumıniyanın "Alba BLAJ" kollektivləri arasında keçiriləcək qarşılaşmanın supervayzeri olacaq.

CEV-in bu matç üçün təyinatlarına əsasən İsmayılova görüşün hakimləri macarıstanlı Peter Szabo və fransalı Christophe Lecourtun işinə qiymət verəcək. Görüş bu gün Çexiyanın Kutna Hora şəhərində baş tutacaq.