
Haaland qərarını gələn həftə verəcək
- 09 May 2022 14:40
- 483
Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland gələcəyi ilə bağlı qərarı gələn həftə verəcək.
Rekord.az "Sport1"ə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Sebastyan Kehl məlumat verib: "Gələn həftə bu məsələyə aydınlıq gələcəyini gözləyirəm. O getsə, təəccüblənməyəcəm".
Qeyd edək ki, Haaland bu mövsüm "Borussiya"da 29 matçda 28 qol vurub, 8 qolun ötürməsini verib. Onun adı "Real", "Barselona" və "Bavariya" ilə hallanır.