Güləşçilərimiz üçün etika və natiqlik təlimləri keçirilir
- 14:40
- 29
Azərbaycan güləşçiləri üçün etika və natiqlik təlimləri keçirilir.
Bu barədə Rekord.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.
Bu, Milli Olimpiya Komitəsi (MOK) və Etika Akademiyası arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirlir.
Təlimlər natiqlik sənəti, gözəl danışıq texnikası, psixoloji hazırlıq, kamera önündə çıxış, özünüifadə bacarığı istiqamətlərində aparılır.
Qeyd edək ki, MOK və Etika Akademiyasının bu tərəfdaşlığı idmançıların həm arenada, həm də cəmiyyət qarşısında kamil şəxsiyyət kimi formalaşmasını hədəfləyir.