
“Güclünün tərəfində olmağa nə var ki?” - Azər Bağırov
- 18 May 2025 21:40
- 30
“Qarabağ"ı təbrik edirəm. İllərdir ki, onlara döyüş verən komandalar yoxdur. Allah qoysa, gələcəkdə yaxşı olar. Komandaların büdcəsi yüksələr, yaxşı mübarizə görərik. Rəqibə çatdıra bilmədik. Bu da ehtiyat skamyamızın kasadçılığından irəli gəlir. Bunları aradan qaldırmaq olar".
Rekord.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 35-ci turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Yeni mövsümlə bağlı planlar necədir?
- Hər şey yaxşıdır. Üçüncü və dövründü dövrədən oyun, xal baxımından irəliləyiş var. İlk hissədə "Qarabağ"a yaxşı müqavimət göstərdik. Sonuncu oyundan sonra bəzi məsələləri bir yerdə həll edəcəyik.
- Hakim VAR-a gedəndə, nə düşündüz?
- Bilirəm ki, VAR-a gedəndə müsbət qərar rəqib tərəfə verilir. Bizdə əksinə oldu. Yəqin ki, hakimlərin bildiyi nəsə var. Rəvan Həmzəzadə güclü hakimlərimizdən biridir. Üçüncü dəfədir ki, "Qarabağ"la oyunumuzu idarə edir. Tovuzdakı 0:5 hesablı məğlubiyyətimizdə də Rəvan idi. Sağ olsunlar. 34 milyonluq "Qarabağ"a qarşı 3 milyonluq "Kəpəz" oynayanda simpatiyanı bu tərəfə etmək olar. Bizdə nədənsə, zəiflərə qarşı antipatiya var. Başa düşmürsən ki, niyə belə olur? Həmişə zəifin tərəfində oluruq. Güclünün tərəfində olmağa nə var ki? Doğru deyil. Yəqin ki, bildikləri nələrsə var. (Sportal)