Azərbaycan Cüdo Federasıyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, müxtəlif regionlardan olan 15 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışında Ağsu, İsmayıllı, Qobustan və Şamaxıdan olan cüdoçularla yanaşı məşqçi - müəllimlərimizdən Nurlan Salmanzadə və Qüdrət Ələkbərov da iştirak etmişdir.