18 yaşadək voleybolçu qızlar arasında keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatı başa çatıb.  "Rekord.az" xəbər verir ki, Latviyanın Daugavpils şəhərində təşkil olunan yarışda mübarizə aparan komandamız bu gün son matçda Gürcüstan yığması ilə üz-üzə gəlib. Qarşılaşma Gürcüstan təmsilçilərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri də iştirak edib. 

26/11/2023
   Azərbaycan - Gürcüstan 0:3 (11:25, 09:25, 12:25)