EEVZA çempionatında çıxış edən voleybolçu qızlardan ibarət U-20 millimiz mübarizəye başlayıb. "Rekord.az" xəbər verir ki, Litvanın Şaulyay şəhərində təşkil olunan yarışda komandamızın ilk rəqibi Estoniya kollektivi olub.

Görüş Şahin Çatmanın rəhbərlik etdiyi yığmamız üçün uğursuz alınıb. 3 hissə davam edən qarşılaşmada voleybolçularımız quru hesabla məğlub olublar.

Qeyd edək ki, yarış bu il keçiriləcək qitə birinciliyinə təsnifat xarakteri daşıyır.

 

EEVZA U-20 
CEV 2024 Avropa çempionatı (1-ci təsnifat mərhələsi) 
   Estoniya - Azərbaycan 3:0 (25:10, 25:15, 25:22)