Azərbaycan Respublikasının qurucusu və memarı, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə sağlamlıq spartakiadası” nın müvafiq mərhələsi üzrə İdman yarışları keçirilir.

Rekord.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin idman zalında keçirilən növbəti yarış voleybol idman növü üzrə qızlar arasında olub.

Qeyd edək ki, “Tələbə sağlamlıq spartakiadası” 7 idman növündən (voleybol, şahmat, dama, stolüstü tennis, basketbol, futbol, atletika) olmaqla may ayına kimi davam edəcək.