“Gəncə” yarımfinala yüksəldi
- 19:35
- 34
Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir oyun keçirilib.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" ilə üz-üzə gələn "Gəncə" 95:92 hesablı qələbə qazanıb.
Bu nəticənin ardından qərb təmsilçisi yarımfinala yüksəlib.
Ötən gün baş tutan görüşlərdə "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" isə "Quba"nı (113:76) məğlub edərək növbəti mərhələyə adlayıb.