Sloveniyanın Sloven Qradeç şəhərində 1-2 iyulda gənclər arasında Avropa Kuboku keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə 31 ölkədən 347 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 5 çəki dərəsində 7 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

-48 kq.
Leyla Dəmirova 

-52 kq. 
Zeynəb Məmmədova
Fidan Əliyeva 

-57 kq.
Lətifə Abbasova
Nuray Quliyeva 

-63 kq. 
Leyla Atayeva

+78 kq.
Qönçə Cəfərli