
“Gəlin, hesabı bərabərləşdirin, qələbə qolunu biz vurarıq” - VİDEO
- 08 İyl 2022 22:21
- 578
Azərbaycan çempionu “Qarabağ” iyulun 12-də futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə cavab matçına çıxacaq.
Rekord.az xəbər verir ki, Ağdam klubu ilk oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib.
Mərhələ adlamaq üçün inamlı qələbəyə ehtiyacı olan “Qarabağ” bu görüş öncəsi azarkeşlərə müraciət edib. Videoanons hazırlayan klub fanatlara “Gəlin, hesabı bərabərləşdirin. Qələbə qolunu biz vurarıq” sözlərini ünvanlayıb.