"Nant"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Liqa 1 təmsilçisi komandanı Luis Kastroya tapşırıb. 45 yaşlı portuqaliyalı mütəxəssis 2+1 illik müqavilə imzalanıb.


Kastro məşqçilik karyerası ərzində "Vitoriya Gimaraynş", "Əl-Nəsr", "Panaitolikos" klublarında da işləyib.


Xatırladaq ki, "Nant" Liqa 1-in 2024/25 mövsümünü 13-cü pillədə başa vurub.