
Fransa klubuna şok cəza
- 13:40
- 50
Lion “Olimpik"i Liqa 1-dən qovulub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.
Lion təmsilçisi Milli Nəzarət və İdarəetmə Direktorluğunun (DNCG) qərarı ilə maliyyə hesabatlarının pozulmasına görə Liqa 2-yə düşüb.
Klubun maliyyə vəziyyətinin təhlili üçün DNCG-nin iclası keçirilib. Bu prosesdə "Olimpik"in sahibi Con Tekstor da iştirak edib. Amerikalı iş adamının arqumentləri komissiya üzvlərini razı salmayıb.
Ötən mövsüm "Olimpik" Fransa çempionatında 6-cı yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb.