"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş forma nömrəsini dəyişib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi yeni mövsümdən 8 nömrəli forma ilə çıxış edəcək.  

Bu nömrə ilə bundan əvvəl klubdan ayrılan Xuan Mata oynayırdı.

Qeyd edək ki, B.Fernandeş ötən mövsüm 18 nömrəli forma geyinirdi.