Azərbaycan Basketbol Liqasında final seriyasına bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, həlledici raundda "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək.


Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.


Final seriyasında 4 qalibiyyət əldə edən komanda çempion olacaq. Növbəti üç matçın 4, 6 və 8 mayda təşkili planlaşdırılır.