FIFA “Neftçi”yə transfer qadağası qoydu, klubdan açıqlama gəldi: "Azarkeşlərimiz narahat olmasınlar"
- 09:49
- 33
FİFA "Neftçi"nin transfer fəaliyyətini məhdudlaşdıracaq. Rekord.az xəbər verir ki, "ağ-qaralar" qarşıdakı ilyarım ərzində heyətinə yeni oyunçu qata bilməyəcək. Bu barədə qeyd ali futbol qurumunun rəsmi saytında yer alıb.
"Neftçi" FİFA-nın tətbiq etdiyi transfer qadağası ilə bağlı açıqlama verib. "Rekord.az"-ın sorğusuna cavab belə olub:
"Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdi. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar.