Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektoru və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Saatı şəhər V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin idman zalında "Şəhərsalma və Memarlıq İli" çərçivəsində yeniyetmələr arasında idmanın basketbol növü üzrə rayon turniri keçirilib. 

Rekord.az xəbər verir ki, qalib olan komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.

Yarışda diqqət çəkən məqam isə iştirakçı komandalardan birinin arxasına "FİFA" yazılan "nakitka"lardan istifadəsi olub. ALİ Futbol Qurumunun adının yazıldığı "nakitkalar"ın Saatlıda keçirilən basketbol turniri ilə nə əlaqəsi var, onu bilmirik.