İlk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyəti və oyunlarının vaxtı müəyyənləşib.


Rekord.az xəbər verir ki, ikinci dəfə təşkil olunacaq turnirdə yığma Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət heyətlə mübarizə aparacaq.


B qrupunda yer alan milli ilk olaraq martın 13 də, Kanada və Taylandla qarşılaşacaq. Görüşlər müvafiq olaraq saat 13:20 və 16:05-də başlayacaq. Martın 14-də isə növbəti rəqib İspaniya olacaq. Bu matç isə saat 12:30-da start götürəcək.


Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.